BƏXT

Versiya 2026-09-22b

Məxfilik siyasəti

Bu sənəd BƏXT tətbiqində hansı məlumatların toplandığını, nə üçün istifadə edildiyini və nə qədər saxlandığını ümumi şəkildə izah edir.

Qüvvəyə minmə tarixi və versiya sənədin sonunda göstərilir.

1. Ümumi məlumat

BƏXT ödənişsiz mobil tanışlıq tətbiqidir. Məlumatlarınız yalnız xidmətin işləməsi üçün toplanır; satılmır və reklam məqsədilə istifadə edilmir.

Məxfiliklə bağlı hər sual üçün: destek@bextaz.com.

2. Hansı məlumatları toplayırıq

Şəxsiyyət vəsiqəsinin çipindən: ad, soyad, doğum tarixi, cins və sənədin məlumatları. Bunlardan yalnız adınız və yaşınız digər istifadəçilərə göstərilir; qalanı şifrələnmiş saxlanılır.

Vəsiqənin şəkli çəkilmir və saxlanılmır.

Hesab üçün: e-poçt ünvanınız və şərtləri qəbul etdiyiniz an. Ünvan şifrələnmiş saxlanılır; girişdə isə onun birtərəfli heşi ilə tutuşdurulur. Ünvanınızı dəyişsəniz, köhnə və yeni ünvan dəyişikliyin tarixi ilə birlikdə saxlanılır.

Profilinizdə özünüz göstərdiyiniz məlumat: yaşayış yeri, təhsil, boy, çəki və seçdiyiniz süzgəclər.

Şəkilləriniz: profil şəkli, əlavə etdiyiniz şəkillər və statuslar.

Yazışmanız: mesajların mətni və şəkilləri, göndərilmə, çatdırılma və oxunma vaxtları, söhbətə aid ayarlarınız.

Statusa baxışlar: kimin hansı statusa baxdığı qeyd olunur və yalnız həmin statusun sahibinə göstərilir.

Texniki məlumat: giriş tokeni, cihaz identifikatoru, son aktivlik vaxtı, bildiriş üçün cihaz nişanı və sui-istifadəyə qarşı qoruma üçün müvəqqəti emal olunan IP ünvanı.

3. Nəyi toplamırıq

Yazışmanızı oxumuruq.

4. Məlumat nə üçün istifadə olunur

5. Başqaları nə görür

Digər istifadəçilər yalnız adınızı, yaşınızı, şəkillərinizi, statuslarınızı və profilinizdə göstərdiyiniz məlumatı görür.

Soyadınız, doğum tarixiniz, sənəd məlumatlarınız və e-poçt ünvanınız heç bir istifadəçiyə göstərilmir. Onlara yalnız xidmətin idarəçisi baxa bilər və hər belə baxış qeydə alınır.

Yazışdığınız şəxs mesajın çatdığını və oxunduğunu görür; onlayn vəziyyətinizi və oxundu nişanını Ayarlardan gizlədə bilərsiniz.

6. Kimə ötürülür

Məlumatınızı satmırıq. Xidmətin işləməsi üçün yalnız aşağıdakı tərəflərdən istifadə olunur:

7. Nə qədər saxlanılır

Qalan məlumat hesabınız mövcud olduğu müddətdə saxlanılır.

8. Hesabı silsəniz

Profiliniz, şəkilləriniz, statuslarınız və yazışmalarınız silinir.

Şikayət yolu bağlanmasın deyə göndərdiyiniz mesajların surəti 30 gün gizli sübut kimi qalır və heç bir istifadəçiyə göstərilmir; bu müddətdən sonra silinir. Qadağa qoyulubsa, kimliyin barmaq izləri qalır.

Hesabı idarəetmə silibsə, səbəbi görə biləsiniz deyə 30 gün ərzində adınız, doğum iliniz, yaşadığınız rayon və qərarın səbəbi saxlanılır; həmin müddətdən sonra bu qeydlər də silinir. Özünüz silsəniz belə qeyd saxlanılmır.

9. Təhlükəsizlik

Həssas məlumat və şəkillər şifrələnmiş saxlanılır və məlumatın qorunması üçün ağlabatan texniki tədbirlər görülür. Buna baxmayaraq, heç bir sistem tam təhlükəsiz deyil.

Girişin yeganə yolu e-poçt qutunuz olduğuna görə onun qorunması sizin məsuliyyətinizdədir.

10. Hüquqlarınız

Məlumatlarınız barədə məlumat ala, onların düzəldilməsini tələb edə və hesabınızı silə bilərsiniz. Hesabın silinməsi razılığın geri götürülməsi deməkdir: xidmət şəxsiyyət vəsiqəsindən gələn məlumat olmadan işləmir.

Yaşayış yeri, təhsil, boy, çəki, şəkillər və e-poçt ünvanı tətbiq daxilində dəyişdirilə bilər. Ad, doğum tarixi və cins vəsiqədən gəldiyi üçün dəyişdirilmir.

Müraciətlər üçün: destek@bextaz.com.

11. 18 yaşdan kiçiklər

Xidmət yalnız 18 yaşına çatmış şəxslər üçündür. Yaş şəxsiyyət vəsiqəsinin çipindən yoxlanılır və 18 yaşdan kiçik şəxsin qeydiyyatı dayandırılır.

12. Dəyişikliklər

Bu siyasət dəyişdirilə bilər. Qüvvədə olan versiya həmişə tətbiqdə — Ayarlar bölməsindəki HÜQUQİ hissəsində — açıqdır.

13. Əlaqə

Sual, müraciət və şikayət üçün: destek@bextaz.com

Tətbiq daxilində: Ayarlar bölməsindəki Dəstək səhifəsi.